Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ATENAU Ltd və CRESTRON şirkətlərinin birgə texniki dəstəyi ilə Əməkdar elm xadimi, professor İsa Abdullayev adına laboratoriyanın açılışı olub.
Elektronika və avtomatika kafedrasının nəzdində fəaliyyət göstərəcək “Bina avtomatlaşdırılması və intellektual idarəetmə sistemləri” laboratoriyasının açılış mərasimində qeyd edilən müəssisənin və kafedranın nümayəndələri iştirak ediblər.
Universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev çıxış edərək professor İsa Abdullayevin xidmətlərini qeyd edib və ADNSU-da onun adına laboratoriyanın açılmasının önəmini vurğulayıb.
ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə informasiya texnologiyaları sahəsində tədrisin praktiki və nəzəri məzmunun təkmilləşdirilməsi baxımından laboratoriyaların əhəmiyyətindən danışıb. Rektor yeni açılan laboratoriyanın da tətbiqi məsələlərlə yanaşı, elmi işlərin ərsəyə gəlməsində mühüm rol oynayacağına ümidvar olduğunu deyib.
Universitetdə tələbələrin praktiki vərdişlərə yiyələnmələri üçün yaradılan şəraiti yüksək qiymətləndirən ATENAU Ltd-nin rəhbəri Azər Əhmədov məzunu olduğu ali təhsil ocağında müəllimi İsa Abdullayevin adına müasir laboratoriyanın qurulmasında iştirakından məmnun olduğunu bildirib.
Sonra Elektronika və avtomatika kafedrasının müdiri Ruslan Dadaşov laboratoriyanın qurucularından olan şirkətlər haqqında təqdimatla çıxış edərək, onların fəaliyyəti və iş prinsiplərindən danışıb, tədrisdə birgə əməkdaşlığın üstünlüklərini qeyd edib.
Tehsil-press.az