UFAZ-da tədqiqat işlərinin inkişafına dəstək və doktorantura proqramının təsisi imkanları müzakirə olunub

UFAZ-da tədqiqat işlərinin inkişafına dəstək və doktorantura proqramının təsisi imkanları müzakirə olunub Təhsil naziri Emin Əmrullayev Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Fransanın ölkəmizdəki səfiri Zakari Qros da iştirak edib.
Görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin inkişafında rolu və bu əlaqələrin inkişafına müsbət töhfəsi vurğulanıb. Eyni zamanda UFAZ-ın fəaliyyəti ilə əlaqədar məsələlər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti arasında akademik əməkdaşlığın genişləndirilməsi, UFAZ-da tədqiqat işlərinin inkişafına dəstək və doktorantura proqramının təsisi imkanları müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər