Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri iqtisad elmləri doktoru, dosent Rəsmiyyə Abdullayeva Qazaxıstanın Xalqlar Dostluğu Universitetinin təşkil etdiyi “İnklüziv təhsil – bərabər hüquqlu cəmiyyət quruculuğunun əsasları” mövzusunda tədbirdə iştirak edib.
Rəsmiyyə Abdullayeva tədbirdə Azərbaycanda əlil uşaqların sosial müdafiəsi, onların təhsil ala bilmək imkanları haqqında məlumat verib. O qeyd edib ki, bu sahədə təkcə dövlət deyil, qeyri-dövlət strukturları (xeyriyyə fondları, qeyri-hökumət təşkilatları və s.) da müəyyən işlər görür. Dünyada son illərdə fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyası, onların həmyaşıdları ilə bərabər şərtlər daxilində təhsil almaları prioritet məsələlərdəndir. Beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər. Bu, həm də inklüzivlik baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmiyyə Abdullayeva əlillərin cəmiyyətə inteqrasiyası, inklüzivliyin təmin olunması ilə bağlı təkliflərini səsləndirib.
Tehsil-press.az