2006-cı ilin martında Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilmiş, dövlətimizin başçısının 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə universitet statusu alan ADA-nın bu günə qədər keçdiyi şərəfli yol Azərbaycanın nəinki təhsil sistemində, həmçinin ictimai-siyasi həyatında mühüm yer tutur. Universitet öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın təhsil ənənələrini qoruyub-saxlamaq, uğurla davam etdirməklə yanaşı, həyata keçirdiyi layihələrlə ölkəmiz haqqında həqiqətlərin dünyada təbliği işinə dəyərli töhfələr verir.
ADA Universitetinin fəaliyyətinə təhsil və beynəlxalq tərəfdaşlıq müstəvisində nəzər salır.
ADA Universitetinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəyə çevrilib
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. İyirmi üç ölkədən 40 nümayəndənin iştirak etdiyi beynəlxalq konfransda Prezident İlham Əliyevin ADA haqqında söylədiyi “o, Azərbaycanda çox yüksək səviyyəli təhsili, çox yaxşı beynəlxalq əlaqələri ilə seçilən və genişlənən aparıcı universitetlərdən biridir” fikri bu ali təhsil ocağının rəhbərliyinin və kollektivinin gərgin əməyinin uğurlu nəticələrindən xəbər verir.
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Ötənilki konfransı xatırladan Prezident İlham Əliyev bunları da diqqətə çatdırıb: “Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.
Şadam ki, ADA Universiteti belə mühüm təşəbbüslə çıxış etdi”.
Bu məqamda ADA Universitetinin çoxşaxəli fəaliyyətində bir məsələni də xatırlamaq yerinə düşər. Belə ki, ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini 2021-ci ilin yanvarından başlayaraq uğurla həyata keçirib.
Qeyd edək ki, 2021 və 2022-ci illərdə ADA Universitetinin uğurla ev sahibliyi etdiyi bu beynəlxalq tədbirlər Azərbaycanın Vətən müharibəsində Qələbəsi və Cənubi Qafqazda yeni reallıqların yaranması ilə bilavasitə bağlıdır. Möhtəşəm Zəfər ADA Universitetinin fəaliyyətində də yeni istiqamətlər açıb. Bu baxımdan rektor Hafiz Paşayevin “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgidə söylədiyi “Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətlə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülhün üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə cavanlar bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik”, - fikirlərini xatırlamaq yerinə düşər.
Bu il ADA Universitetində, həmçinin BMT ilə Azərbaycan arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunmuş üçgünlük BMT Modeli Konfransının açılışı (13 aprel), habelə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə ADA Universiteti və Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) əməkdaşlığı çərçivəsində növbəti UNESCO klubunun təqdimatı (2 aprel) keçirilib.
İtaliya-Azərbaycan Universitetinin akademik proqramları iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək
Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışının əvvəlində onu da xatırlatdı ki, bu yaxınlarda təhsildə yeni beynəlxalq tərəfdaşlıq formatı qurulub: “Əminəm ki, yaxın zamanlarda ADA yanında İtaliya-Azərbaycan Universiteti öz qapılarını tələbələrin üzünə açacaq”.
Xatırladaq ki, aprelin 2-də ADA Universitetinin kampusunda təməli qoyulmuş İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq dövlətimizin başçısının 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Burada tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn (interyer dizaynı, məhsul və xidmət dizaynı, kommunikasiya dizaynı), sosial elmlər, o cümlədən biznesin idarəolunması, italiyaşünaslıq, innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.
Yüksəkixtisaslı kadr hazırlığına yönələn proqramlar
Yüksəkixtisaslı kadr hazırlığı ADA Universiteti fəaliyyətə başladığı vaxtdan bəri qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Bu ali təhsil ocağını ölkəmizdə fərqləndirən başlıca xüsusiyyətlərdən biri isə onun həyata keçirdiyi bənzərsiz təhsil və təlim proqramlardır. Bu baxımdan, ADA Universiteti nəzdində yaradılmış İnkişaf və Diplomatiya İnstitutunun bu yaxınlarda həyata keçirdiyi Xarici Siyasət Proqramını qeyd etmək kifayət edər. Məşğələ və seminarlarının ikinci mərhələsini aprel ayında yekunlaşdırmış bu proqramın əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafını dəstəkləməkdir. Xatırladaq ki, ADA Universiteti ötən il sentyabrın 21-dən dekabrın 15-dək Azərbaycanın 20-dən çox ölkəsindəki səfirlik və nümayəndəliklərini, nazirliklər də daxil olmaqla, müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılara “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nı təqdim edib. Ötən il, həmçinin İxtisasartırma Proqramlarının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AlDA) ilə birgə təşkil etdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı”, eləcə də “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla tamamlanıb.
Universitetin əməkdaşlıq əlaqələri
ADA Universitetinin əməkdaşlıq əlaqələri istər ölkə xaricində, istərsə də ölkə daxilində daim genişlənir. ADA ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında akademik tərəfdaşlığa dair razılaşmaya əsasən, universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirir, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edir və birgə tədqiqat layihələri aparırlar. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə, BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
ADA Universitetinin ölkə daxilində əməkdaşlıq əlaqələri həm tədrisdə, həm də ali təhsil müəssisəsi və qurumlar, ali təhsil müəssisəsi və özəl sektorlar arasında yenilikçi əlaqələrə öz töhfəsini verir. Bu baxımdan, Universitetin Medianın İnkişafı Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, “Unibank”, “Bank Respublika”, “PAŞA Bank”, “PAŞA Həyat”, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aqrar Sığorta Fondu və digər qurumlarla əməkdaşlıq əlaqələrini qeyd etmək olar.
ADA-nın kampus modeli “Ali Təhsil İdarəçiləri Forumu”nun diqqət mərkəzində oldu
ADA Universiteti bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Ali Təhsil İdarəçiləri Forumu”nda uğurla təmsil olunub. Forum 50 ölkədən 400 nəfərdən çox dinləyicinin, 40 nəfərə yaxın təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa müzakirələri əsasında təşkil edilib. Universitetin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübə və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflər beynəlxalq təhsil müəssisələrinin böyük marağına səbəb olub. Bu barədə AZƏRTAC ilə təəssüratlarını bölüşmüş akademik işlər üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, təhsil müəssisəsinin Forumda təmsil olunmasının iki səbəbi olub. Birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasından seçilən üç namizəd universitetdən biri olması idi. Digər iki universitet Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.
Prorektorun fikirlərinə istinadla deyə bilərik ki, kampuslar bilik mərkəzlərindən (knowledge-hub) sosial mərkəzlərə (social hub) çevrilməkdədir. Belə ki, kampuslar sinif otağından daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında da öz əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.
Təhsildə milli təəssübkeşlik və ya ADA-nın layihələri
Prezident İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə təhsil ənənələrinə dövlət səviyyəsində diqqətin bariz nümunələrindən biridir. ADA Universitetinin ötən il Seminariyanın tarixi binasının bərpası, eləcə də “Bir müəllimin manifesti” təhsil proqramına başlaması, bu proqramın Qazaxda, ADA Universitetində və Universitetin ABŞ-dakı Mərkəzinin yerləşdiyi Vaşinqtonda reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir. Bu proqram, əslində rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır. Proqramın amalı yerli təhsil mühitinə həm yeni müəllimlər qazandırmaq, həm də müəllimlik peşəsinə yeni bir ruh və həvəslə qayıdışa təkan verməkdir.
Rektor Paşayev hər dəfə qeyd edir ki, bu proqramın əsas məqsədi müəllimlərimizdə özlərinə inamı gücləndirməkdir. Hər zaman olduğu kimi sadə, amma incə və dərin düşüncədir. Özünə inamı olan müəllim özünə inamı olan nəsillər deməkdir. Özünəinam nədir? Özünəinam ən birincisi, öz milli kimliyimizi, irsimizi, mədəniyyətimizi, tariximizi dərindən bilmək, ona dəyər vermək, onunla qürurlanmaqdır. Özünəinam güclü azərbaycançılıq ruhudur. Bu sevginin, qürurun daşıyıcıları məhz vətənpərvərlik ruhu yüksək olan müəllimlərdir. Əgər biz, doğrudan da, o şəhidlərimizi ehtiramla anmaq istəyiriksə, bunu öz əməllərimizlə, yəni gənc nəsli azad dəyərləri olan azərbaycanlılar kimi yetişdirməklə bu borcumuzdan çıxa bilərik.
ADA Universitetinin təşəbbüsü ilə “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin latın qrafikasında nəşr edilərək ictimaiyyətə təqdim edilməsi isə ölkəmizin ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin yeni nəsillərə çatdırılması baxımından ADA-nın həyata keçirdiyi dəyərli layihələrdəndir.
ADA Universiteti ölkədə aparılan təhsil islahatlarına öz töhfəsini verir
Bu il martın 3-də ADA Universitetində magistratura təhsil pilləsi üçün Təhsil üzrə menecment və Təlim və tədrisin təşkili və metodikası ixtisaslarının təqdimatının keçirilib. Regionlararası bu proqram Azərbaycan dilindədir və gələcəkdə əhatə dairəsi daha da genişləndiriləcək. Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyilə icra olunan bu proqram müəllimlərin inkişafına töhfə verəcək.
2022/2023-cü tədris ili üçün təklif olunan yeni magistr proqramları növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində əyani və distant formada tədris ediləcək. Tədrisin hibrid formada olması nəzərə alınaraq qeyd edilən ixtisaslara qəbul təkcə Qazax rayonundan deyil, digər regionlardan da nəzərdə tutulub. Proqramın sonunda məzun dissertasiya işi, yaxud da praktiki layihə hazırlayacaq.
ADA-nın uğur sirri
Rektor Paşayev Universitetdə elə bir şəffaflıq və hesabatlılıq sistemi qurub ki, burada hər işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar və daha çox şey, sözsüz ki, səfir Paşayevin xarakterini əks etdirən bənzərsiz liderlik xüsusiyyətlərindəndir. İnsanlar onunla özlərini güvənli və dəyərli hiss edirlər.
ADA Universitetində “Açıq qapı” siyasətini israrla tətbiq edən məhz Hafiz Paşayevdir. Onun bu siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. O, səbirlidir, müsahiblərini anlayışla dinləyir.
Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. İşlər durğunlaşanda narahatlıq keçirir. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider. Bunlar Hafiz müəllimi ən yaxşı səciyyələndirən sözlərdir.
Tehsil-press.az