Təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin rektoru Vilayət Vəliyev ilə Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Kazan Dövlət Energetika Universitetinin inkişaf və innovasiyalar üzrə prorektoru İrina Axmetova, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin sədr müavini İsmayıl Akmeyev arasında görüş olub.
Görüşdə tərəflər təhsil sahəsində əməkdaşlığın perspektivlərini, həmçinin ikili diplom layihələrinin inkişafı, ali məktəblər arasında aspirantura və doktorantura proqramlarına ikili rəhbərlik məsələlərini müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər