Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində qonaqlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüblər.
Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin imzalanmış protokola əsasən, Bakı şəhərində açılacaq peşə təhsil müəssisəsinin tikinti işləri ilə tanışlıq, layihəçi tərəfindən olan sualların cavablandırılması və növbəti addımların razılaşdırılması üçün görüşlər təşkil olunub.
Səfərin ikinci günündə qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gedərək təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə qonaqlar müəssisənin maddi-texniki bazası ilə tanış olub, tikilməsi nəzərdə tutulan emalatxana və təlim hoteli yerinə baxış keçiriblər. Emalatxananın yerləşmə planları müzakirə olunub.
Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.
Türkiyə Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi də iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında protokol çərçivəsində Türkiyə təcrübəsi əsasında Bakıda və Qəbələdə açılması planlaşdırılan peşə təhsili müəssisələrinin, xüsusilə də emalatxanaların tikintisi və avadanlıqla təmin olunmasının müzakirə edilməsi, perspektivlərinin genişləndirilməsi və növbəti addımların razılaşdırılmasıdır.
Tehsil-press.az