Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Alkoqol istehlakının miqdarı, coğrafiyası, yaşı, cinsi və ili üzrə əhali səviyyəsində riskləri: Qlobal Xəstəlik Yükü Araşdırması 2020 üçün sistematik təhlil” (Population-level risks of alcohol consumption by amount, geography, age, sex, and year: a systematic analysis for the Global Burden of Disease Study 2020”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 202.731) “The Lancet” jurnalında yer alıb.
Məqalədə müxtəlif miqdarda spirtli içki qəbulunun sağlamlıq üçün yarada biləcəyi risklər, bu risklərin bölgə, yaş, cins, il və digər xəstəliklərdən asılılığı sistematik analiz edilib. Bu analiz üçün nəzəri olaraq minimum riskə məruz qalma səviyyəsi, qeyri-sərxoş ekvivalenti, sağlamlıq riskinin ekvivalent olduğu istehlak səviyyəsi qiymətləndirilib və müvafiq doza-cavab nisbi risk qrafik əyriləri qurulub. Məqalədə 21 region, o cümlədən 204 ölkə və ərazi üçün 5 müxtəlif yaş qrupu, cins və il üzrə xəstəlik dərəcələrindən istifadə edilərək içki içməyənlərin göstəriciləri 1990-cı ildən 2020-ci ilə qədər 15-95 yaş və daha yuxarı yaş qruplarında tədqiq olunub.
Tehsil-press.az