Azərbaycanda ilk dəfə Urdu-Azərbaycan beynəlxalq poeziya və mədəniyyət gecəsi keçirilib

Azərbaycanda ilk dəfə Urdu-Azərbaycan beynəlxalq poeziya və mədəniyyət gecəsi keçirilib AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli ölkəmizdə ilk dəfə keçirilən Urdu-Azərbaycan beynəlxalq poeziya və mədəniyyət gecəsində iştirak edib.
“Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının baş katibi və Konfransların təşkili və tədbirlərin idarə edilməsi təşkilatının icraçı direktoru Tariq Feyzinin təşkilatçılığı ilə keçirilən tədbirdə urdu və Azərbaycan şairləri iştirak ediblər.
Pakistandan Babar Nasim Assi, Saima İram, Hammad Niyazi, Hindistandan Zübeyir Ansari, Dubaydan İrfan İzhar, Azərbaycandan isə Azadə Novruzova, Aysel Fikrət, Müşfiqə Baləddin və Əkbər Türbəndeyev urdu və Azərbaycan dillərində öz şeirlərini təqdim ediblər.
Tədbirdə professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov fəxri qonaq kimi iştirak ediblər.
Sonda sufi rəqsləri və urdu dilində mahnılar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər