Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə ABŞ Dövlət Departamentinin Fulbrayt Xarici Təqaüd Şurası və Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən Fulbrayt Məzunları Sertifikatı ilə təltif edilib.
Bu sertifikat onun Birləşmiş Ştatlardan və təxminən 160 ölkədən 400 mindən çox Fulbrayt alimi, müəllimi və tələbələrindən ibarət canlı qlobal şəbəkəyə qoşulmasını təmin edir.
Qeyd edək ki, Nilufər Əlizadə bu yaxınlarda ABŞ-ın Arkanzas Universitetində qonaq tədqiqatçı proqramını bitirib. Onun tədqiqat sahəsi alim-təcrübəçi modelinə uyğun olaraq klinik psixologiyanın tədrisi metodlarına əsaslanıb.
Tehsil-press.az