Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı Azərbaycan Milli Elmlər Akademiyası haqqında tam vaxtında qəbul olunmuş bir qərardır. Akademiyanın daha çevik fəaliyyət göstərməsi üçün dəyişikliklərə ehtiyac vardı.
Bunu Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov söyləyib. O vurğulayıb ki, akademiyanın bəzi institutlarının yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi mükəmməl qərardır.
“İnanıram ki, nazirliyin tərkibində yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elm və təhsilin inteqrasiyasını təşkil edəcək. Fikrimcə, nazirliyin tabeliyinə keçən institutlarda da əməkhaqqı universitetlər səviyyəsində olacaq. Bu da gənc alimlərin elmə olan marağını stimullaşdıracaq. Son dövrlərdə akademiyanın gənc alimləri sırf maliyyə məsələlərinə bağlı olaraq işləmək üçün şirkətlərə gedirdilər. Ümid edirəm ki, atılan addım bu məsələlərin aradan qaldırılmasına da təsir edəcək. Düşünürəm ki, yeni yaradılmış agentliyin elm sahələrini kurasiya etməsində bir qədər çətinlik yarana bilər. Bəlkə burada akademiya ilə elmi məsləhətləşməyə ehtiyac yarana bilər. Ona görə də akademiyada ictimai səviyyədə də olsa bölmələrin fəaliyyət göstərməsinin tərəfdarıyam. İsrailin, Qazaxıstanın və dünyanın digər dövlətlərinin universitetlərində bu bölmələr ictimai səviyyədə fəaliyyət göstərirlər və bundan faydalar əldə edilir. Çünki bu, elm sahəsində çalışan insanların birləşdiyi yer olacaq. Həmçinin biz təkliflərlə də müraciət edə bilərik ki, hansı institutlar prioritetdir. Bunları tək bir institutun və ya agentliyin müəyyənləşdirməyi çətin olar”, - deyə akademik Fəxrəddin Qədirov vurğulayıb.
Tehsil-press.az