AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov iştirakçıları tədbirin gündəliyi ilə tanış edib.
Sonra müəssisənin şöbə müdiri Fəxrəddin Kərimov “Atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadəsi metodologiyasının işlənməsi və ekoloji aspektləri” proqramının müzakirəsi haqqında çıxış edib.
İnstitutun icraçı direktoru professor Vaqif Qurbanov Neft və Qaz İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri haqqında danışıb.
İclasda mühüm nəticələrin müzakirəsi aparılıb və işlərin icraçılarına müvafiq tövsiyələr verilib.
Tədbirdə Nuhbaba Şıxıyev müəssisənin Həmkarlar Təşkilatının hesabatını təqdim edib, institutun elmi-tematik planına uyğun olaraq il ərzində görülən işlər, edilən yardımlar haqqında məlumatı diqqətə çatdırıb.
Tehsil-press.az