Sosial-İqtisadi Kollecin göstəriciləri ilbəil yüksəlir

Sosial-İqtisadi Kollecin göstəriciləri ilbəil yüksəlir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin göstəriciləri ilbəil yüksəlir. Hər il bu təhsil ocağını bitirən məzunlar müxtəlif ali məktəblərə qəbul olurlar.
Bu il kollecin mühasibat uçotu ixtisası üzrə 21 məzunundan 17-si ölkəmizin müxtəlif ali məktəblərində təhsillərini davam etdirəcək. İki məzun isə Türkiyənin ali məktəblərinə qəbul olub. Həmin məzunların 7-si Azərbaycan Dövlət İqtisad Universitetində bakalavriat pilləsində təhsil alacaq.
Qeyd edək ki, bu il UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin 450-dən çox tələbəsi subbakalavr pilləsini bitirib.

Tehsil-press.az

Oxşar xəbərlər