AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva İstanbulda Beynəlxalq Sosial və İqtisadi Elmlər İnstitutunun təşkil etdiyi IISES beynəlxalq konfransda iştirak edib.
Azərbaycanlı alim konfransda “İctimai şüur informasiya müharibəsi və yumşaq güc diskursunda” mövzusunda məruzə ilə çıxış edib. Alim cəmiyyətdə şüur və davranışın müxtəlif ölçüdə yayılan fikirlərin təsiri altında qaldığından bəhs edib. Məruzədə, eyni zamanda, cəmiyyətdə yaşamağın, cəmiyyəti və onun fenomenlərini qiymətləndirmənin fərdi ictimai və siyasi varlığa çevirdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, bu kontekstdə fikirlərin yayılmasında medianın rolunu bu gün xüsusilə qeyd etmək lazımdır. İnformasiya resursları müvafiq fikir və maraqların ictimai şüurda adekvat ifadəsinin və ona nüfuz etməsinin şərtidir. “Yumşaq güc” bu gün siyasətdə vurğuların dəyişməsinin təzahürüdür. Bu gücün əsas mənbələrindən biri “mədəni cazibə qüvvəsidir”. Biz bu gün kütləvi mədəniyyətin, xüsusilə də informasiya, ideoloji antaqonizm kontekstində siyasi təsirini dana bilmərik.
Roida Rzayeva, həmçinin konfransın iclasına sədrlik edib.
Dünyanın 19 ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransın materialları nəşr olunub.
Tehsil-press.az