Altı yüzdən yuxarı bal toplayan 7 abituriyent Memarlıq və İnşaat Universitetini seçib

Altı yüzdən yuxarı bal toplayan 7 abituriyent Memarlıq və İnşaat Universitetini seçib Qəbul imtahanında 600-dən yuxarı bal toplayan 7 abituriyent Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) seçib.
Yüksək bal toplayan üç abituriyent – Yulduz İbrahimova (655), Nərmin Qəhrəmanova (611) və Pərvin Məmmədova memarlıq, iki abituriyent – Mətin Xəlilov (649) və Murad Musayev (618) inşaat mühəndisliyi, Arzu Nəsirova kommunikasiya sistemləri mühəndisliyi, Nərmin Tomarova isə informasiya texnologiyaları ixtisasına qəbul olunublar. Altı yüzdən yüksək bal toplayan tələbə sayına görə builki göstərici AzMİU tarixində ən yüksək nəticədir.
Universitetdə planlaşdırılan tələbə qəbulunda da ötən illərlə müqayisədə rekord nəticə qeydə alınıb. Bu il AzMİU-ya 2218 tələbə qəbul olunub ki, bu da ümumi planlaşdırılan qəbul yerlərinin 97,52 faizi deməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər