Yüksək bal toplayan çoxlu sayda abituriyent müəllim peşəsini seçib

Yüksək bal toplayan çoxlu sayda abituriyent müəllim peşəsini seçib Bu il çoxlu sayda abituriyent qəbul imtahanı zamanı 500 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçib.
Masallı rayonunun Miyankü kəndindən Şahin Rzayev 585 bal, Bakıdan Şəlalə Eyvazlı 545 bal, Bərdə rayonunun Gərənə kəndindən Aytac Həsənli 542 bal, Sumqayıtdan Nuranə Qəribova 539 bal, Bakıdan Nərmin Qürbətova 531 bal, Sabirabad rayonunun Güdəcühür kəndindən Ziba Səmidova 526 bal, Masallı rayonunun Alışanlı kəndindən Zeynəb Həsənzadə 504 bal toplayaraq ADPU-ya qəbul olunublar.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər