BDU-nun Şərqşünaslıq fakültəsi və Qətər Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

BDU-nun Şərqşünaslıq fakültəsi və Qətər Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyi ilə Qətər Universitetinin Beynəlxalq əlaqələr şöbəsi və Ərəb dili və ədəbiyyatı fakültəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Virtual formatda keçirilən müzakirələrdə iki dost ölkənin nüfuzlu ali təhsil ocaqlarının alimləri və tələbələrinin şərqşünaslıq elmi və ərəb dilinin tədrisi sahələrində təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Virtual müzakirələr Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər