AzMİU-nun təmsilçiləri Almaniyada beynəlxalq təlim həftəsində iştirak ediblər

AzMİU-nun təmsilçiləri Almaniyada beynəlxalq təlim həftəsində iştirak ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Karyera və təcrübə mərkəzinin direktoru Xanlar Qəniyev “T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsində iştirak ediblər.
“Erasmus+ Work4CE” konsorsium layihəsi çərçivəsində baş tutan təlimlər Almaniyanın Dortmund şəhərində keçirilib.
Qeyd edək ki, 2020-ci ildə başlayan və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) tələb etdiyi bilik və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların müxtəlif ixtisas sahələrində əmək bazarının dinamikasına uyğun hazırlanması (İşçi Qüvvəsi 4.0) hədəfinə xidmət edir.

Tehsil-press.az




Oxşar xəbərlər