Latviya Həyat Elmləri və Texnologiyaları Universitetinin nümayəndələri Xəzər Universitetində olublar

Latviya Həyat Elmləri və Texnologiyaları Universitetinin nümayəndələri Xəzər Universitetində olublar Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti ilə Xəzər Universiteti arasında görüş keçirilib.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair ikili diplom proqramlarının tətbiqi və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edilib ki, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti elmi tədqiqatların, eləcə də akademik və peşəkar təhsil proqramlarının həyata keçirildiyi ali təhsil və elm müəssisəsidir. Bu il iyunun 15-də Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti ilə Xəzər Universiteti arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair müqavilə imzalanıb.
Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Latviya Həyat Elmləri və Texnologiyaları Universitetinin rektoru İrina Pilvere, Latviyanın Azərbaycandakı səfirliyinin müşaviri Elmira Mirzəyeva və başqaları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər