Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “44 Günün izi ilə” adlı görüş keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şöbə müdiri Turan Kərimli bildirib ki, görüşün məqsədi şanlı Zəfər tarixinin müxtəlif aspektlərini bu prosesin iştirakçısı olan hərbçilərimizin və jurnalistlərimizin dilindən dinləməkdir.
Tədbirdə nümayiş olunan Birinci Qarabağ və Vətən müharibələrini özündə əks etdirən videoçarxlarda ötən 30 il ərzində Azərbaycanın dağınıqlıq vəziyyətindən qüdrətli dövlətə çevrildiyi və nəhayət, torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb.
Görüşdə Vətən müharibəsi qaziləri, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri kapitan Şamxal Ağayev, baş leytenant Elsevər Ağayev və 44 günlük savaşda cəbhədə fəaliyyət göstərən tanınmış jurnalistlərdən İctimai Televiziyanın əməkdaşı Xanlar Mehdiyev müharibə haqqında təəssüratlarını bölüşüblər. Xüsusi təyinatlılar Şuşaya qədər uzanan döyüş yollarından danışaraq Azərbaycan xalqının ordunun arxasında olmasının, hər kəsin dəmir yumruq kimi birləşməsinin qələbəmizi şərtləndirən vacib amil olduğunu qeyd ediblər.
Tehsil-press.az