ADU-nun tələbələri Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər

ADU-nun tələbələri Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin fakültə sədrləri və müavinləri Zəfər Günü ilə əlaqədar olaraq İkinci Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.
Tələbələr ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında göstərdiyi misilsiz xidmətlərdən danışılıb.
Vətən uğrunda canını fəda edən şəhidlərin döyüş yoluna nəzər salan tələbələr bu qəhrəmanların həmişə xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər