Prezident İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır - Hikmət Babaoğlu

Prezident İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır - Hikmət Babaoğlu Prezident İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığ güclü ordusu ilə müzəffər Ali Baş Komandanımızdır, şəhidlərimizdir, qazilərimizdir.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, güc, milli güc kimi müxtəlif vasitələr lider olmadıqca sadəcə potensial hesab edilir.
“Potensial gücü isə həqiqi, real gücə yalnız liderlər çevirə bilirlər. O da hər lider yox. Prezident İlham Əliyev son 200 yüz illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yarada bildi ki, bu sözün əsil mənasında qarşısı alınmaz selə çevirildi. 21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi.
Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücüm diplomatiyası, alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizinnin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhrəlsində, istər 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində, hər addımda Prezident İlham Əliyevin imzasını görürük.
Prezident İlham Əliyev təkcə hərbi qələbəmizin deyil, həm də siyasi-diplomatik qələbəmizin, qlobal, “infoimperializmə” qarşı informasiya müharibəmizin də müəllifidir. Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi yaşadığımız milli qürur və sevinc günlərimi var.
Bu fərqi yaradan , bizə tarixi zəfərimizi bəxş edən məhz Prezident İlham Əliyev siyasətidir”- deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan xalqı öz düşmənlərinin nə qədər çox olduğunu, nə qədər güclü olduğunu bəlkə də 30 illik işğal dövründə yox 44 günlük müharibə və ondan ötən iki ildə gördü.
“Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzdurulduq və eyni zamanda başa düşürük ki, İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Əldə etdiyimiz zəfərin tarixiliyi və böyüklüyü də elə bu kontrasda ortaya çıxır. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, dəmir yumruq ətrafında daha sıx birləşməliyik”, - deyə deputat əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər