Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yaponiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yapon mədəniyyətinin ənənəvi geyimi olan kimononun tarixinə həsr edilmiş tədbir və ustad dərsi keçirilib.
Tədbir kimononun yaponların həyatında oynadığı rol, gündəlik həyatlarında hansı formada geyinməkləri, mədəniyyət və ənənə olaraq indiyədək necə qorunub saxlanılması, hansı dəyişikliklərə məruz qalması kimi məlumatları ADMİU-nun müəllim və tələbələrinə çatdırmaq, yapon ənənəvi mədəniyyəti haqqında bilikləri paylaşmaq məqsədi daşıyıb.
Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Amada Şuniçi tədbirin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirilməsini yüksək dəyərləndirib. Bildirib ki, bugünkü tədbirdə tələbələr yapon mədəniyyətinin ənənəvi geyim nümunəsi kimono haqqında məlumat əldə etməklə yanaşı, gələcəkdə yaradıcılıqlarında ondan istifadə edə bilərlər.
Tədbirdə çıxış edən ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sayalı Quliyeva bildirib ki, gündoğan ölkə, sakura və kimono vətəni deyəndə hər birimiz təkrarolunmaz mədəniyyətə malik Yaponiya barədə düşünürük. Bu gün Yaponiya ən inkişaf etmiş və yüksək texnologiyaya malik ölkələrdən biridir. Texniki yeniliklərin əksəriyyətini dünyaya verən Yaponiya, eyni zamanda, həyat tərzindən, mədəniyyətindən tutmuş dövlətçiliyinə qədər köhnə ənənələri qoruyub saxlayan ölkədir. Ən müasir yapon ailəsi hansı ölkədə yaşamağından asılı olmayaraq, həyat tərzində qədim geyim, mətbəx, milli etiket ənənələrinə mütləq əməl edir. Bu ənənələrin qabarıq nümunəsini isə kimono geyim mədəniyyəti təşkil edir. Yapon kimonosunun rəngi, naxışı, materialı və bəzəyi həm də şəxsiyyətin sosial statusunun ifadəsidir. Qədim tarixə malik kimono həm də tarixi bir kod, bir açardır.
Universitetin teatr kafedrasının müdiri professor Aydın Talıbzadə kimononun yapon qadınlarının həyatındakı rolundan söz açıb.
“SOAC Art Consultancy & Curation” şirkətinin rəhbəri Sumiyo Okumura “Kimono və kimono tarixi haqqında” təqdimat edib. O, kimono, onun xüsusiyyətləri, tarixi və növləri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, kimono yaponların həyatında müxtəlif əlamətdar günlərin qeyd olunması zamanı istifadə olunan əvəzsiz atributlardan biridir. Yaponlar ilboyu keçirilən bütün mərasimlərdə fərqli kimono növlərindən istifadə edirlər. Bir sıra bayramlarda, məzun günü, toy üçün geyinilən kimonolar və onların müxtəlif fərqli növləri mövcuddur.
Sonra Mika Shimojonun təqdimatında kimononun geyindirilməsi üzrə ustad dərsi keçirilib.
Tədbir çərçivəsində ADMİU-nun Dizayn və tətbiqi sənət kafedrasının geyim dizayn üzrə baş müəllimi Nəzakət Səfərovanın rəhbərliyi altında tələbə Məleykə Baxşıyevanın “Qarabağım məxmər içində” adlı təqdimat olub.
Tehsil-press.az