BDU-nun Hüquq fakültəsinin tələbələri Probasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar

BDU-nun Hüquq fakültəsinin tələbələri Probasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələrinin 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində tədbirlər davam edir.
Tələbələr üçün Probasiya Xidmətinin fəaliyyəti ilə tanışlıq təşkil olunub. Onlar əvvəlcə probasiya institutunun mahiyyəti və əhəmiyyəti, bu sahədə görülən işlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası mexanizmləri, probasiya əməkdaşlarının vəzifələri, peşə hazırlığı, xidmətin fəaliyyət istiqamətləri, ictimai işlər növündə cəzanın icrasının təşkili, bu sahədə yeniliklər və s. barədə məlumatlandırılıblar.
BDU-nun tələbələri, həmçinin Xidmətin Elektron Monitorinq Mərkəzi ilə tanış olublar. Onlara elektron nəzarət vasitələri əyani nümayiş etdirilib, onların təyinatından, tətbiqi təcrübəsindən danışılıb, maraq doğuran suallara aydınlıq gətirilib.

Tehsil-press.az


Oxşar xəbərlər