Bakı Dövlət Universitetində (BDU) Hüquq, Sosial elmlər və psixologiya fakültələrinin Tələbə-Gənclər Təşkilatları (TGT) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən fakültə TGT sədrləri Nihad Rəhimli və Səbinə Mustafayeva ali təhsil müəssisələrində müxtəlif sosial problemlər üzrə maarifləndirmə işlərinin aparılmasının önəmini qeyd ediblər.
Məişət zorakılığının başvermə səbəbləri, hüquqi və kliniki tərəfləri izah olunub, ona qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər irəli sürülüb. Qeyd olunub ki, məişət zorakılığının qarşısının alınması məqsədilə müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquqi biliklərinin artırılmasına töhfə verir.
Sonra tədbir iştirakçıları tərəfindən geniş müzakirələr aparılıb.
Tehsil-press.az