ürkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə universitet tələbələri üçün kimya fənni üzrə beynəlxalq internet-olimpiada keçirilib. Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin II kurs tələbəsi Aydın Məmmədov, III kurs tələbələri Əhməd Məmmədzadə, Nigar İlyasova, Nəzakət Yusifli, Kənan Ağayev (“SABAH” qrupu) olimpiadada uğurlu nəticə göstərərək “A” kateqoriyası üzrə III yerə layiq görülüblər.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Qeyd olunub ki, internet-olimpiadada dünyanın 20-dən çox ölkəsindən 66-dan çox ali məktəbi 324 tələbə təmsil edib. Olimpiada “A” və “B” kateqoriyaları üzrə təşkil olunub. Beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış tapşırıqlar mürəkkəblik dərəcəsi ilə fərqlənib.
Tehsil-press.az