ADU Argentina universitetləri ilə əlaqələr qurur

ADU Argentina universitetləri ilə əlaqələr qurur İki ölkənin universitetləri arasında təcrübə və mübadilə proqramlarının həyata keçirilməsi mühüm addımlardan biri ola bilər. Bu baxımdan gələcək əməkdaşlıq çərçivəsində təcrübə, mübadilə imkanlarımızı yenidən nəzərdən keçirməliyik. Argentinada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulması yeni təcrübələrin əldə olunması baxımından olduqca vacibdir.
Bunu Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri xanım Marianxeles Belluşinlə görüşündə söyləyib.
Görüşdə Kamal Abdulla universitetdə fəaliyyət göstərən bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Argentina universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün universitetlərarası əlaqələrin qurulması olduqca əhəmiyyətlidir.
Səfir ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və layihələri davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər