ADNSU-da “Şuşa - Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib

ADNSU-da “Şuşa - Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”nə həsr olunan “Şuşa - Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib.
Tədbirdə ADNSU-nun İctimai fənlər kafedrasının müdiri professor Camal Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
AMEA-nın Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Şuşa şəhərinin inkişaf tarixindən bəhs edib.
ADNSU-nun müəllimi Vəfa Abbasova Şuşanın ədəbi-mədəni mühiti haqqında danışıb. Bildirilib ki, Azərbaycanın gözəl guşəsi olan Şuşa elm və mədəniyyətimizə, incəsənətimizə həm də Molla Pənah Vaqif, Süleyman Sani Axundov, Xurşidbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacibəyli, Xan Şuşinski, Bülbül kimi bir çox tanınmış mütəfəkkirlər, şairlər, ictimai xadimlər bəxş edib.
Sonra tədbir iştirakçıları ADNSU tələbələrinin Xalq şairi Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırladıqları tamaşaya baxıblar.

Tehsil-press.az


Oxşar xəbərlər