Milli Azərbaycan Tarixi Muzeyində “Xarıbülbülün vətəni - Şuşa” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbiri muzeyin baş direktoru akademik Nailə Vəlixanlı açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
Akademik qeyd edib ki, Sərəncama uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyində Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər və sərgilər keçirilib. Onlardan biri də hazırda muzeydə təşkil olunan “Xarıbülbülün vətəni - Şuşa” sərgisidir. Şuşanın tarix və mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi muzeyin zəngin kolleksiyası əsasında hazırlanıb.
Akademik Nailə Vəlixanlı hazırda Şuşada aparılan quruculuq işlərindən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən danışıb. Akademik ölkə rəhbərinin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamlarını xatırladıb, Şuşanın müxtəlif beynəlxalq festivallara, mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın institutlarında Şuşaya həsr olunan müxtəlif tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb, bundan sonra da akademiyada keçiriləcək tədbirlər barədə məlumat verib.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
Tehsil-press.az