ADU-nun Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin məktəblilərinin sərgisi açılıb

ADU-nun Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin məktəblilərinin sərgisi açılıb Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun Çin Memarlığı və Çin Dili Mərkəzinin təşkilatçılığı ilə Çinin Xuçjou şəhərindəki “Çzinan” məktəbinin şagirdlərinin rəsm sərgisi açılıb.
Sərgidə nümayiş olunan 100-dən çox rəsm və bədii açıqca Çjetszyan əyalətinin mənzərələrinə, tarixi Taixu gölünə, Ay körfəzinin görməli yerlərinə, Xuçjou xalqının adət və ənənələrinə həsr edilib.
Açılış mərasimində çıxış edənlər Azərbaycan-Çin mədəni, elm və təhsil əlaqələrinin mütərəqqi inkişafını, tarixən Böyük İpək Yolu bağlı olan iki ölkə xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndiyini qeyd ediblər.
Sərgi çərçivəsində ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, çay mərasimi və Çin xəttatlığı üzrə ustad dərsi keçiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər