Xəzər Universiteti və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə “Torpaq elmi: dünəni, bu günü və sabahı” adlı beynəlxalq elmi konfrans keçirilib.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı torpaqşünaslıq elminin mühüm rolundan danışıb.
Konfransın plenar iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda torpaq elminin dünəni, bu günü, sabahı” adlı məruzəsində torpaqların bugünkü vəziyyəti, problemlər və onların aradan qaldırılması yollarından söz açıb. Ə.Quliyev Azərbaycanda torpaq və su ehtiyatlarından istifadə vaxtı nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib.
Konfransda “Azərbaycanın milli torpaq təsnifatı və rəqəmsal torpaq xəritəçiliyinin inkişaf trendi: problemlər və perspektivlər”, “Kür-Araz ovalığında suvarılan torpaqların müasir meliorativ vəziyyəti”, “Zaqatala rayonunun ekoloji vəziyyətinin tədqiqi və xəritələşdirilməsi” mövzularında məruzələr dinlənilib.
Konfransın ilk günü “Torpaqların uzaq məsafədən tədqiqi, genezisi, xəritələşdirilməsi və məhsuldarlığın yüksəldilməsi” və “Torpaqların deqredasiyası, aqrokimyası, biologiyası və ekologiyası” adlı seksiyalarda yerli və xarici alimlərin məruzələri ilə başa çatıb.
Konfrans dekabrın 6-da Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işini davam etdirib.
Tehsil-press.az