Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birinci kurs tələbəsi Əmir Əlizadə “Bolqarıstan radiosu”na müsahibə verib.
Həmyerlimiz bolqar köklərə sahib olmasından və Bolqarıstanı ikinci vətəni hesab etməsindən söhbət açıb.
O deyib: “Mən uşaqlıqdan əcdadlarımın tarixi vətəni barədə çox eşitmişəm. Vəziyyət elə gətirdi ki, Bolqarıstanda təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, həyatda təsadüflər yoxdur. Artıq iki aydır ki, mən Sofiya Universitetində təhsil alıram və bu da mənə gözləntilərimin təsdiq olunmasını əminliklə demək hüququ verir. Mən keyfiyyətli təhsil alıram, ümid və gözləntilərimin reallığa çevrilməsi üçün müvəffəqiyyət qazanmaq istəyirəm”.
Əmir qəbul üçün müraciət vaxtı, daha sonra sənədlərin qeydiyyatında və yerləşdirilmədə heç bir çətinliklərlə qarşılaşmaması barədə fikirlərini bölüşüb.
“Xeyli söz var ki, onlar həm Azərbaycan, həm də bolqar dillərində istifadə olunur. Bu, çox maraqlıdır! Bir də ki, həm Azərbaycanda, həm Bolqarıstanda çoxlu dağ var. Dostlarımızla birgə bir neçə dəfə Vitoşa dağlarına qalxmışıq. Bolqarıstanda Azərbaycandan olan tələbələrə çox az rast gəlmək mümkündür. Yəqin bu səbəbdən bolqar tələbələr məni belə böyük maraqla və səmimiyyətlə qarşılayıblar”, - deyə o əlavə edib.
Əmirin bolqar dili ilə heç bir problemi yoxdur və bu, təsadüfi deyil: “Nənəm deyirdi ki, ulu nənəm evdə həmişə bolqar dilində danışırdı, buna görə də biz evdə uşaqlıqdan bolqar dilini eşitmişik. Bizim ailədə bolqar dili qorunub saxlanılır, düzdür, köhnə bolqar dili dialektikası ilə. Mən Sofiya Universitetinə daxil olmaq qərarını verəndə bolqar dilini xüsusi tərzdə öyrənməyə başladım. Qeyd etmək istəyirəm ki, Bakı Slavyan Universitetində (BSU) bolqar dilinin, Bolqarıstanın tarixi, mədəniyyəti və etnoqrafiyasının tədrisi həyata keçirilir. 2002-ci ildə BSU ilə Sofiya Universiteti arasında müqavilə imzalanıb. 2004-cü ildə isə BSU-nun nəzdində Bolqar dili və mədəniyyəti mərkəzi yaradılıb. Hazırda Sofiya Universitetində bolqar dilini öyrənməyi davam etdirirəm”.
Bolqarıstanda özünü evdəki kimi hiss edən həmyerlimiz deyib: “Bolqarıstanda Azərbaycandan daha çox tələbə görəcəyimə şad olardım. Onların yaxşı təhsil almaq imkanı ilə yanaşı, həm də bu ecazkar ölkə və bolqar xalqı ilə yaxından tanış olmaq fürsəti olacaq”.
Tehsil-press.az