UNEC tələbələri ən çox xarici müəlliflərin kitablarını oxuyublar

UNEC tələbələri ən çox xarici müəlliflərin kitablarını oxuyublar Noyabr ayı ərzində UNEC kitabxanalarında ümumi oxucu sayı 60 min 968 nəfər olub.
Bu dövrdə gecə oxucularının sayı 745 nəfər, şənbə-bazar günlərində isə 3632 nəfər olub. UNEC-in elektron kitabxanasından 8750 istifadəçi yararlanıb, sosial media və kitabxana veb-səhifəsi üzərindən 3015 istifadəçi-izləyicinin sorğusu cavablandırılıb.
Ötən ay UNEC tələbələri ən çox Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti”, Pol Kruqmanın “Beynəlxalq iqtisadiyyat”, Nikolas Qreqori Menkyunun “Ekonomiksin əsasları” kitablarını oxuyublar.

Tehsil-press.az

Oxşar xəbərlər