Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, bu gün keçirilən anım tədbiri “Heydər Əliyev İli” ərəfəsində baş tutur. Ölkəmizdə ümumxalq həmrəyliyinin möhkəmləndirilməsində, Azərbaycanın milli mədəniyyətinin dünyada tanınmasında böyük dəstəyi olan Ümummilli Liderimiz öz müdrikliyi və güclü diplomatiyası ilə tanınıb.
Ə.Salamzadə Ulu Öndərin müxtəlif sahələrdə, siyasət, mədəniyyət və incəsənət sahəsində fəaliyyətini vurğulayaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlərin keçiriləcəyini söyləyib.
İnstitutun icraçı direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Xarici ölkələrdə Heydər Əliyevə ucaldılmış heykəllər” mövzusunda danışıb. Alim qeyd edib ki, beynəlmiləl şəxsiyyət kimi tanınan Ulu Öndərin xatirəsini əbədiləşdirən abidə və heykəllər təkcə ölkəmizdə deyil, eləcə də bir çox xarici ölkələrdə ucaldılıb. Ulu Öndərin heykəlləri say etibarilə olduqca çoxdur, təkcə Rusiyada 30-a yaxın heykəli mövcuddur.
Daha sonra Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova “Heydər Əliyev və muzey quruculuğu (Bakı şəhərinin ədəbiyyat muzeyləri əsasında)” məruzəsini tədbir iştirakçılarına təqdim edib. Gənc tədqiqatçı tarixin yaddaşı, məlumatların saxlandığı yer adlandırılan muzeylərdə ümumxalq və ümumbəşəri dəyər kimi qiymətləndirilən dünya mədəni irsinin bir parçasının qorunub saxlandığını söyləyib. XX əsrin 70-80-ci illərində Azərbaycanın muzey şəbəkəsinin genişlənməsi prosesinin bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən N.Cəfərova Azərbaycanın tarixi-mədəni irsinin qorunub saxlanılmasında, maarifçiliyin inkişafında, həmçinin də respublikanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsində muzeylərin böyük rolu olduğundan bəhs edib.
Tehsil-press.az