MDU-da imtahan sessiyasında 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir

MDU-da imtahan sessiyasında 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.
Universitetdən bildirilib ki, hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.
MDU-da imtahan sessiyası 05 yanvar – 01 fevral 2023-cü il tarixlərində ənənəvi formada təşkil ediləcək. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcək.
Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq qapı günləri” təşkil olunacaq, valideynlərin və MDU İctimai Nəzarət Şurası üzvlərinin imtahan prosesini izləməsi üçün müvafiq şərait yaradılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər