Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının təşkilatçılığı ilə “Beynəlxalq münaqişələr və onların nizamlanması” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda kafedranın rəhbəri hüquq elmləri doktoru, professor Namiq Əliyev beynəlxalq münaqişələrin nizamlanması ilə bağlı yeni yanaşmaların tətbiqinin artıq zərurət halına gəldiyini və aparılan tədqiqatlarda yeni çözüm yollarının ortaya qoyulmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Azərbaycan, Bolqarıstan, Gürcüstan, İsrail, Litva, Moldova, Qırğızıstan və Rusiyadan tədbirə qatılan tanınmış alim və ekspertlər təqdimatlarla çıxış ediblər.
Mövzu üzrə müzakirələrdə DİA-nın Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan sonuncu kurs magistrantları da iştirak ediblər. Müzakirələr zamanı planetimizin müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş vermiş bir çox beynəlxalq münaqişələr nəzərdən keçirilərək onların nizamlanması ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulub və hər münaqişəyə uyğun özünəməxsus yeni həll variantları səsləndirilib.
Sonda konfrans iştirakçılarına professor Namiq Əliyevin elmi redaktəsi ilə “Elm və təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində çap olunmuş “Beynəlxalq münaqişələr və onların nizamlanması” adlı məqalələr toplusu təqdim edilib.
Tehsil-press.az