UNEC-in komandası startap layihəsini təqdim edir

UNEC-in komandası startap layihəsini təqdim edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Texnofest 2023”ün II mərhələsinə vəsiqə qazanan “Radioaktiv” komandası startap layihəsini təqdim edir.
Kənd təsərrüfatı texnologiyaları kateqoriyası üzrə mübarizə aparan komanda hazırda PDR (proje detay raporu) mərhələsi üzərində çalışmalarına davam edir. Layihənin məqsədi süni intellektdən istifadə edərək ağıllı kamera sistemləri vasitəsilə bitkilərin xəstəliklərinin müəyyən olunmasıdır. Mobil tətbiq vasitəsilə istifadəçiyə məlumatların (data) təqdim edilməsi üzərindən işlənilən layihə aqrar sahədə yeni innovasiyaları təşviq edir.
Komandanın mentoru UNEC-in gənc müəllimi Aygün Abdulova, üzvləri isə “SABAH” qrupunun tələbələri Könül İbrahimova (iqtisadiyyat ixtisası), Humeyra Əliyeva (qida mühəndisliyi) və Murad Hacızadədir (qida mühəndisliyi).

Tehsil-press.az



Oxşar xəbərlər