Azərbaycan Respublikası Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun Riqada 1 milyard dollar vəsaitinə həbs qoyulması xəbərinin toz-dumanı yatmamış indi də Qubanın icra başçısı Ziyəddin Əliyevin Avstriyada 3.6 milyon avroluq biznesinin varlığı haqda məlumat yayılıb.
İH başçısının 3.6 milyon avroluq biznesinin varlığı nazirlərin nəzarətindəki vəsaitlərin məbləğinin daha böyük məbləğlərdə olduğu ehtimalını yaradır.
Məmur burjuaziyası kölgə iqtisadiyyatı yaradır. Kölgə iqtisadiyyatı isə bir ölkənin iqtisadiyyatını məhv edən, xalqın rifahını əngəlləyən ən ciddi amildir.
Məsələ ilə bağlı danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, məmur və burjuaziya sözləri üst-üstə düşmür:
“Ümumiyyətlə normal ölkələrdə məmurlar varlı olmurlar. Məmurların milyon və milyardları olmur. Sənətkarların, biznesmenlərin, idmançıların milyonçu olması normal olsa da məmurların sərvət sahibi olmaları anormallıq və qanunsuzluqdu.
Söhbət məmurun məmur olandan sonra varlanmasından gedir. Əgər belə hal varsa, demək, bu sərvət, mal-mülk yalnız korrupsiya hesabına əldə edilib.
Biz demirik Azərbaycanda milyoner, milyarder olmasın. Xeyir, əksinə, bu, olsa daha yaxşıdır. Ancaq bu var-dövlət halal yolla qazanılmalıdır”.
T.Abbaslı deyib ki, büdcənin talanması hər şeydən öncə dövlət üçün zərərlidir: “Biz hər zaman haqqın, ədalətin tərəfdarı olmuşuq. Hesab edirəm, hüquq-mühafizə orqanları məmurların əldə etdiyi sərvəti, mal-mülkü araşdırmalıdır. Azərbaycanda əksər məmurun milyonlar sahibi olduğu bilinsə də təəssüf ki, bu günə qədər onlar haqda araşdırma aparılmayıb. Bu məmurlar ifşa olunub, varidatları əllərindən alınmalıdır. Bütün mənimsənən mal-mülk büdcəyə qaytarılmadır”.
Politoloq Qabil Hüseynli deyib ki, istər nazir olsun, istər başqa məmur, bu qədər mal-mülkə sahib olmaları normal hal deyil:
“Əlbəttə, varlı məmur və ya nazirlər ola bilər, lakin bu o halda normal qarşılanar ki, onların ailədən gələn, ya da bu posta yiyələnmədən öncə müəyyən bir sərvəti olsun. Lakin biz əksər məmur və ya nazirlərin keçmişinə baxdıqda bunun olmadığını görürük.
Bütün məmurlar xalqa xidmət etməlidir. Əgər xalqın xidmətçisinin malı-mülkü xalqın özündən çoxdursa, bu, normal hal deyil. Hesab edirəm, ölkədə aparılan kadr islahatları və korrupsiya ilə mübarizə fonunda məmurların, nazirlərin varidatı, mülkləri araşdırılmalıdır.
Hər kəs qanunlar qarşısında birdir. Xalqın, dövlətin malını talan etmək, qanunsuz şəkildə mənimsəmək vətənə xəyanətdir”.
Tehsil-press.az