Çirkli məmurlar idarəetmədən kənarlaşdırıldıqca islahatlar tam gücü ilə işləyəcək - Deputat

Çirkli məmurlar idarəetmədən kənarlaşdırıldıqca islahatlar tam gücü ilə işləyəcək - Deputat Son günlər yüksək vəzifəli məmurların işlərində yol verdiyi bağışlanmaz nöqsanlara görə ən yüksək şəkildə cəzalandırılması qanun qarşısında hər kəsin bərabərhüquqlu olmasının daha bir sübutudur. Vəzifəsindən asılı olmayaraq hər bir məmur xalqın xidmətçisi olmalıdır. Ölkə başçısının ona olan etimadını doğrultmalıdır. Vəzifə səlahiyyətlərini aşmaq xalqına, millətinə, prezidentinə ən ağır xəyanətdir.
Tehsil-press.az-n məlumatına görə, bunu millət vəkili Sona Əliyeva deyib.
Millət vəkili bildirib ki, hər bir məmur üzərinə düşən işi vicdanla yerinə yetirmirsə, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılması təbiidir:
"Hazırda ölkəmizdə kadr və struktur islahatları aparılır. Yeni çağırışlara cavab verən, intellektual, bilikli, bacarıqlı gənclərə yer verilir. İslahatlar cəmiyyət-dövlət münasibətlərinin daha da stimullaşmasına xidmət edir. Həmin çağırışlara xələl gətirən, vətəndaşların problemlərini həll etmək əvəzinə onları get-gələ salan, korrupsiyaya qurşanmış məmurlar idarəetmə sistemindən haqlı olaraq kənarlaşdırılır. Bu da təbii olaraq cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Çirkli məmurlar sinfi idarətmədən kənarlaşdırıldıqca yeni kadr islahatları tam gücü ilə işləməyə başlayacaq. Çünki idarəetmə şəffaflıq tələb edir".

Tehsil-press.az

Oxşar xəbərlər