Azərbaycanlı alimin kitabı Dünya Müsəlman Üləmaları Liqasının Baş katibinə təqdim olunub

Azərbaycanlı alimin kitabı Dünya Müsəlman Üləmaları Liqasının Baş katibinə təqdim olunub Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Azərbaycanda islam mədəniyyəti - VII- XII əsrlər” adlı kitabı (Dubay, İrs nəşr., 2022) Qətərin paytaxtı Dohada Dünya Müsəlman Üləmaları Liqasının Baş katibi professor Əli Muhyiddin əl-Qaradağiyə təqdim olunub.
Nəşri Əli Muhyiddin əl-Qaradağiyə Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev təqdim edib. Kitab Baş katib tərəfindən böyük məmnuniyyətlə qəbul edilib və nəşrin Azərbaycan-ərəb elmi, mədəni əlaqələrinə töhfə olduğu bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər