ADNSU ilə Anqola ali təhsil müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb

ADNSU ilə Anqola ali təhsil müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Auqusto da Silva Kunha ilə görüş olub. Görüş zamanı ADNSU ilə Anqolanın ali təhsil müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb.
ADNSU-nun rektoru professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışıb və universitet olaraq Anqola ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Səfir Auqusto da Silva Kunha Azərbaycanla Anqola arasındakı sıx əlaqələrdən danışıb və bu əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Azİİ (indiki ADNSU) məzunlarının onların ölkəsində də yaxşı tanındığını bildirən səfir bu təhsil müəssisəsi ilə Anqola ali məktəblərinin əməkdaşlığının əhəmiyyətindən bəhs edib və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra universitetin tədris şəraiti ilə tanışlıq olub.

Tehsil-press.az

Oxşar xəbərlər