ADNSU-nun təcrübə keçən tələbələrinə sertifikatlar verilib

ADNSU-nun təcrübə keçən tələbələrinə sertifikatlar verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Metak” şirkətində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim olunub.
Professor-müəllim heyətinin və şirkət əməkdaşlarının iştirak etdiyi təqdimat mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tətbiq olunan yeni tədris proqramları, ikili diplom layihələri və kadr hazırlığı haqqında məlumat verib. İnnovasiyalardan və startap layihələrindən danışan rektor hazırda ADNSU-da yüksəkixtisaslı mühəndis kadrların hazırlandığını deyib.
“Metak” şirkətinin rəhbəri Alik Kərimov rəhbərlik etdiyi şirkətdə çalışan ADNSU məzunlarının uğurla fəaliyyət göstərdiklərini, tələbələrin geniş təcrübə qazandıqlarını bildirib.
Sonra istehsalat müəssisəsi və universitet arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər