ADMİU-nun 100 illiyinə həsr olunan konfrans keçiriləcək

ADMİU-nun 100 illiyinə həsr olunan konfrans keçiriləcək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradılmasının 100 illiyinə həsr olunmuş “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
Mayın 26-da keçiriləcək konfransın əsas məqsədi elmin müxtəlif sahələrinin, o cümlədən turizm və sosial-mədəni xidmət sferasının müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər verməkdir.
Konfrans turizm və iqtisadiyyat, kitabxanaçılıq və informasiya fəaliyyəti, muzeyşünaslıq və arxiv işi, sosial iş və sosiologiya, sənətşünaslıq bölmələri üzrə təşkil ediləcək. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Konfransda elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak edə bilər.
Məqalələrin tərtibinə qoyulan tələblər və nümunə ilə ADMİU-nun saytında tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər