“Mədəni tərəqqinin üfüqləri” tələbə elmi-praktik konfransı keçirilib

“Mədəni tərəqqinin üfüqləri” tələbə elmi-praktik konfransı keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Mədəni tərəqqinin üfüqləri” tələbə elmi-praktik konfransı keçirilib.
Konfransı açan Kulturologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Adilov “Şuşa İli” çərçivəsində ölkədə silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bu baxımdan ADMİU-nun da qarşısında müəyyən öhdəliklər və ciddi vəzifələr dayandığını deyən dekan belə silsilə tədbirlərin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini və yüksək mədəni-mənəvi dəyərini bir daha tələbələrin diqqətinə çatdırmaq və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik, mübarizlik hisslərinin formalaşmasında yaxından iştirak etməkdir.
Tədbirdə Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının professoru İlqar Hüseynov, Muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazova və Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev çıxış edərək Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu vurğulayıb, konfransın işinə və tələbələrə uğurlar arzulayıblar.
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib. Tələbələrin müxtəlif mövzularda nümayiş etdirdiyi təqdimatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfransın sonunda iştirakçılara sertifikat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər