Azərbaycan Dillər Universitetində (ADU) yazıçı-publisist İradə Əlilinin “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən İradə Əlili vətənpərvərlik ideyalarının təbliğ olunmasının olduqca vacib bir məsələ olduğunu vurğulayıb. Bildirib ki, təqdim olunan kitab 2018-ci ildə Azərbaycan, rus, ingilis və türk dillərində çap olunub. 2022-ci ildə isə xaricdə yaşayan azərbaycanlılar - Arzu Oktay və İlkanə Goya tərəfindən Niderland və fin dillərində tərcümə olunub. ADU-nun müəllim və tələbə heyəti isə kitabı ispan, italyan, alman və fransız dillərinə, İraqın Azərbaycandakı səfirliyinin əməkdaşı Pərviz Əfəndiyev ərəb dilinə tərcümə edib. Qeyd olunub ki, kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında qısa ensiklopedik məlumatlar, eləcə də Xocalı faciəsi şahidlərinin xatirələri yer alıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
İraqın Azərbaycandakı səfirliyinin konsulu Hudayfa Zead Mahmoud bu kitab vasitəsilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılacağını deyib. Bildirib ki, kitabı oxuyarkən sanki vəhşiliyə aid film izləyir. Bunları hadisə şahidlərinin dilindən oxumaq insanı dəhşətə gətirir. İki dövlət arasında müharibə olarsa, insanların ölməsi təbii haldır. Amma bu, müharibə deyildi. Dinc əhalini qətlə yetirmək insan övladının etməyəcəyi işdir.
Çıxış edən digər qonaqlar Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıblar. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaqlar. Vurğulanıb ki, ölkəmizin rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etməlidir, bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıblar.
Tehsil-press.az