Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
Tarix müəllimi Qələndər Muxtarlı Xocalı faciəsinin xalqımıza, günahsız, dinc insanlara qarşı törədilmiş amansız və qəddar soyqırımı aktı olması barədə danışıb və bu vəhşiliklərin törədilməsində erməni vandalları ilə yanaşı, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının da yaxından iştirak etdiyini bildirib.
Kollecin direktoru Vidadi Orucov çıxışında bildirib ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Tədbir bədii hissə ilə davam edib.
Tehsil-press.az