Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən tövsiyə olunmuş “Novruz mühazirələri” çərçivəsində “Xarici çağırışlar fonunda Azərbaycan tarixinə baxış (XVII-XXI əsrlər)” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminara moderatorluq edən Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Cənubi Qafqazın müasir geosiyasi vəziyyəti və Azərbaycanın artan siyasi nüfuzu haqqında məlumat verib.
Qafqaz Tarixi Mərkəzinin direktoru tarixçi, hərbi ekspert Rizvan Hüseynov çıxışında XVIII əsrin ortalarından başlayaraq, Avropa dövlətlərinin Osmanlı imperatorluğuna qarşı mübarizədə ermənilərin əsas vasitə kimi seçilməsindən söz açıb. R.Hüseynov bildirib ki, Azərbaycan xalqının döyüşkən ruhu və müstəqillik əzmi cəmi 44 günə Qərb-erməni tandeminin 300 illik strategiyasını darmadağın etməyə imkan verdi.
Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, dekan müavini Əli Məmmədov, kafedranın müəllimi, dosent Namiq Kərimov mövzu ilə bağlı fikirlərini bildiriblər.
Seminar məruzələr ətrafında müzakirələrlə davam edib.
Tehsil-press.az