ATMU-nun tələbələri baş menecerlərlə görüşmək şansı qazanıblar

ATMU-nun tələbələri baş menecerlərlə görüşmək şansı qazanıblar Azərbaycan Hotel Assosiasiyası növbəti “Future Hospitality Leaders” tədbirini Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil edib.
Tədbir universitet tələbələrinin qonaqpərvərlik barədə ümumi biliklərinin daha da dərinləşdirilməsi məqsədi daşıyıb.
“Hilton Baku” hotelinin baş meneceri Aykut Korkmaz, “Courtyard by Marriott Baku” hotelinin baş meneceri Eldar Əlimuradov, “Fairmont Baku”, “Flame Tovers” hotelinin baş meneceri George Ganchev və “PMD Hospitality” şirkətinin əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohde tələbələrə uğurlu karyeraqurma yollarından danışıblar.
Sual-cavab sessiyasından sonra keçirilən müsabiqənin qalibi olan 7 tələbə baş menecerlərlə təkbətək görüşmək şansı qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər