Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan tələbələrinin yekun qiymətləndirilməsinə başlanılıb.
“Fairmont Bakı Hotel”, “JW Marriott Absheron Baku”, “Baku Marriott Hotel Boulevard”, “Hilton Hotel”, “Courtyard by Mariott Baku”, “The Merchant Baku” ilə bağlanan müqaviləyə əsasən dual təhsil proqramı üzrə təlimin praktiki hissəsi yekunlaşmaq üzrədir. Proqrama uyğun olaraq seçilmiş tələbələr peşə təhsili mərkəzində nəzəri biliklərlə yanaşı qeyd olunan hotellərdə praktiki bacarıqlara yiyələnib.
Yekun qiymətləndirmənin ilkin mərhələsi olan istehsalat sınaq işinin qiymətləndirilməsində işəgötürən təşkilatların nümayəndələri yaxından iştirak edib.
İxtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə təhsilalanların bacarıq və vərdişləri qiymətləndirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində icra olunan proqramın məqsədi turizm sənayesi nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdan ibarətdir.
Tehsil-press.az