Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında tarixi həqiqətlərin obyektiv tədqiqi və tədrisi mühüm rol oynayır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması olduqca önəmli məsələlərdəndir.
Azərbaycan tarixinin, xüsusilə azərbaycanlıların soyqırımı və deportasiyası tarixi ilə bağlı mövzuların mənbələr əsasında sistemli öyrənilməsi və dərindən dərk olunması gənclərin vətənpərvərlik hisslərinin güclənməsinə, milli şüurunun formalaşmasına ciddi təsir göstərir. Tarixə nəzər salsaq, görərik ki, 31 Mart soyqırımı ermənilərin türk-müsəlman əhalisinə qarşı təcavüzkarlığının ilk hadisəsi deyildi. Ondan əvvəl ermənilər bəd əməllərini 1905-1906-cı illərdə həyata keçiriblər. Bakı şəhəri daxil olmaqla, Azərbaycanın əksər bölgələrində silahlı erməni dəstələri tərəfindən türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirilib.
Bu sözləri Amüsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin doktorantı Nərgiz Kərimova söyləyib. N.Kərimova bildirib ki, azərbaycanlıların soyqırımından bəhs edərkən, ilk növbədə, həmin dövrə aid tarixi şəraitə diqqət etməliyik. Tarixi faktlar göstərir ki, hələ I Pyotr dövründən başlayaraq çar Rusiyası və digər imperialist qüvvələr Qafqazla, Şərqlə bağlı siyasətində ermənilər vasitəsilə milli münaqişələrin törədilməsinə maraq göstəriblər. Ermənilər də bu şəraitdən öz mənafelərinə uyğun istifadə etmək məqsədilə azərbaycanlılara qarşı soyqırımı törədib, Azərbaycan torpaqlarını işğal etməyə çalışıblar.
“Tarix fənninin tədrisi zamanı soyqırımından bəhs edərkən gənclərin diqqətini əsaslı faktlara yönəltmək, baş vermiş hadisələrin kökündə duran əsas səbəbləri, tarixi şəraiti izah etmək olduqca mühümdür”, - deyə Nərgiz Kərimova vurğulayıb.
O qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Mart soyqırımından sonrakı dövrlərdə də ermənilərin türk-müsəlman əhalisinə qarşı amansızlığı davam edib. Lakin bədnam ermənilərin çirkin niyyəti həmişə gözündə qalıb. Vətən müharibəsində qazandığımız Qələbə xalqımızın vətənpərvərliyini bir daha dünyaya göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ermənilər tarixi Azərbaycan torpaqlarından qovuldu. Bu gün Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Müstəqil dövlətimizin ərazi bütövlüyünü, suverenliyini, milli sərhədlərimizin toxunulmazlığını dərk edərək tarixi reallıqları obyektivliyi ilə sonrakı nəsillərə çatdırmalıyıq.
Tehsil-press.az