AZMİU-nun alimi Ege Universitetində seminarlar keçirib

AZMİU-nun alimi Ege Universitetində seminarlar keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində ezamiyyətdə olub.
Nurməmməd Məmmədov Ege Universitetində işgüzar görüşlər keçirib və bu ali təhsil ocağının prorektorları Mehmet Ersan və Banu Yusel, Günəş Enerjisi İnstitutunun direktoru professor Ceylan Zafer, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və digər əməkdaşlarla faydalı müzakirələr aparıb. Müxtəlif fakültələr və laboratoriyalarda olan professor Nurməmməd Məmmədov universitet əməkdaşları ilə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında fikir mübadiləsi edib. Eyni zamanda, o, Günəş Enerjisi İnstitutunda Azərbaycanın inşaat sektorunda enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri və Qarabağda aparılan tikinti-quruculuq işlərinə aid geniş təqdimatlı 4 seminar keçirib.
Qeyd edək ki, “Orhun” Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanan protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.

Tehsil-press.az


Oxşar xəbərlər